Avrozona ölkələrinin mərkəzi banklarının çoxu yanvarın sonundan etibarən 500 avroluq kağız pul nişanlarının emissiyasını dayandırıb. Lakin əsginaslar qüvvədən düşməyib. Bu əginaslarla hələ də hesablaşma aparılır. Banklarda əsginasların mübadiləsi müddəti müəyyən olunmayıb.
Yenicag.az xəbər verir ki, Almaniya və Avstriya başqa Aİ ölkələrindən nümunə götürüblər, lakin 500 avroluq əsginaslardan kəskin deyil, yavaş-yavaş imtina edəcəklər. Bu ölkələrdə əsginasların buraxılışı bu ilin aprelində dayandırılacaq. Bu da onunla bağlıdır ki, almanlar və avstriyalılar əsginasın aradan qaldırılması əleyhinədirlər./AZƏRTAC/
www.yenicag.az