!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropa Birliyi ölkəsi Türkiyədən zirehli silah alır - FOTO

!Reklam – Yazi

Macarıstan Türkiyə istehsalı “Ejder Yalçın” zirehli maşınlarını idxal edəcək. 

Yenicag.az xəbər verir ki, maşın Türkiyənin “Nurol Makina” şirkəti tərəfindən isstehsal edilir.

Qeyd edək ki, Macarıstan mərkəzi hakimiyyəti bir müddətdir ordusunu yeniləmək qərarına gəlib. Bu məqsədlərdən biri də Sovet dövründən qalma köhnə texnikaları müasir Avropa standartlarına uyğun texnikalarla dəyişdirməkdir. Zirehli avtomobil boşluğunu tamamlamaq üçün məhz Türkiyənin “Ejder Yalçın”ı seçilib.

“Ejder Yalçın” bundan əvvəl 5 ölkə tərəfindən idxal olunsa da, Avropa Birliyi ölkələrindən ilk dəfə Macarıstan avtomobilin ixracatçısı olub.

“Ejder Yalçın” hər cür ərazilərdə güc strukturlarının işini asanlaşdıracaq qabiliyyətdədir. Maşın dəfələrlə test edilib və özünü doğruldub.

Yüksək qorunma səviyyəli avtomobil, hava hücumundan qorunma qabiliyyətli, partlayıcıları məhvetmə bacarığı, yüksək zirehli döyüş funksiyası, əldə düzəldilmə partlayıcıları müəyyənləşdirmə, zirehli təcili tibbi yardım və təhlükəsizlik avtomobili kimi istifadə edilə bilmək funksiyaları ilə təhciz edilib.

 

www.yenicag.az

1376
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv