!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropa böyük SAVAŞA HAZIRLAŞIR: “Qədim düşmən ilə müharibə vəziyyəti...”

!Reklam – Yazi

“ABŞ-nin Ukraynaya Rusiya ərazisini vura biləcək uzaqmənzilli ballistik raketlər verməsi qeyri-etik və strateji baxımdan səhvdir”.

Bu sözləri britaniyalı politoloq Neil Uotson Yenicag.az-a açıqlamasında bildirib.

O, ABŞ prezidenti Co Baydenin Rusiya ilə gərginliyi artırmaq istəyən Qərb qüvvələrinin təsiri altında olduğunu və Ukraynanın bu münaqişədə alət kimi istifadə edildiyini vurğulayıb.

Analitik Qərbin bu addımlarının əsas hədəfinin Donald Trampın prezidentliyə başlamasından əvvəl Rusiyaya təzyiqləri maksimuma çatdırmaq olduğunu qeyd edib:

“Putin nüvə başlıqlarından istifadə etməyəcək, lakin daha güclü qeyri-nüvə silahları ilə qarşılıq verəcək. Bu, müharibənin yeni mərhələsidir, lakin Üçüncü Dünya müharibəsinin başlanğıcı deyil. Həm Rusiya, həm də Qərb qarşıdurmada ilin sonuna qədər mümkün olan maksimum nəticələri əldə etmək niyyətindədir. Trampın Ağ Evə gəlməsi ilə NATO-nun mövqeyində mümkün dəyişikliklər gözləntisi var”.

N. Uotson Qərb mediasının vəziyyəti dramatikləşdirməsini daxili problemlərdən diqqəti yayındırmaq cəhdi kimi dəyərləndirib:

“Almaniya siyasəti ciddi böhran içindədir və bu ölkə ukraynalı miqrant axını ilə üzləşib. Böyük Britaniya isə COVID-19 və “Brexit” nəticəsində daha da ağırlaşmış iqtisadi problemlərdən əziyyət çəkir. Görünür, Qərb hökumətləri üçün qədim düşmən olan Rusiya ilə müharibə vəziyyəti daxili idarəçilikdəki səhvləri və korrupsiyanı ört-basdır etmək üçün bir bəhanəyə çevrilib”.

Rafi Müslümov

COP29

www.yenicag.az

136
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv