Avropa Çempionatı: Güləşçimiz erməni rəqibini məğlub etdi

Azərbaycan idmançısı Camaləddin Məhəmmədov (125 kq) Roma şəhərində keçirilən güləş üzrə Avropa çempionatının sonuncu günündə yığmanın ikinci bürünc medalını qazanıb.

Yenicag.az xəbər verir ki, təcrübəli güləşçimiz bürünc medal uğrunda qarşılaşmada Ermənistan təmsilçisi Levan Berianidze ilə görüşüb.

Görüş 2:2 hesabı ilə bitib. Lakin, sonuncu xalı güləşçimiz qazandığı üçün qalib gələrək yarışda üçüncü pillədə qərarlaşıb.

Digər təmsilçimiz Aslanbek Alborov (86 kq) Roma şəhərində keçirilən güləş üzrə Avropa çempionatının sonuncu günündə bürünc medal qazanıb.

Azərbaycan idmançısı Aslanbek Alborov bürünc medal uğrunda qarşılaşmada Gürcüstan idmançısı İrakli Mtsituriyə 2:0 hesabı ilə qalib gələrək yarışda üçüncü pillədə qərarlaşıb.