!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Laçındakı qəbirləri yandıran ERMƏNİLƏR: "Beynəlxalq məhkəmələrə müraciət etmək lazımdır"

!Reklam – Yazi

Bir neçə gün öncə Laçında erməni faşistliyini əks etdirən görüntülər yayılıb. Belə ki, ermənilər əksər qəbirləri qazaraq içindən sümükləri götürüblər. Ermənilər Qarabağ ərazisində yerləşən qəbirlərdə qızıl dişlər axtarıblar. Ermənilər, həmçinin bütün qəbirləri, meşələri və binaları yandırıblar.

Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında bildirib ki, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın bütün müraciətləri susqunluqla qarşılanır:

“Biz bu illər ərzində erməni vəhşiliyini əks etdirən yüzlərlə görüntülərin şahidi olmuşuq. İnsanımıza qarşı həyata keçirilən soyqırımılardan, milli mədəni abidələrimizin məhv edilməsindən, evlərin, mülklərin dağıdılması, yandırılması, talan edilməsindən tutmuş, meşələrin yandırılmasına qədər çoxlu sayda vandalizm aktlarını görmüşük.

Baş verən vəhşiliklərlə bağlı indiyə qədər rəsmi dövlət səviyyəsində çoxlu sayda beynəlxalq qurumlarda məsələ qaldırılıb, faktlar, sübutlar təqdim olunub. Söhbət türk yurdlarında, islam coğrafiyasında baş verən vəhşiliklərdən düşəndə aparıcı beynəlxaq qurumlar sanki kar və kor olurlar.

Odur ki, erməni vəhşiliyinin qarşısını almaq üçün, ilk növbədə, bu vəhşi və separatçı toplumun ərazilərimizdən çıxarılması təmin edilməlidir. Azərbaycan olaraq Ermənistanın öz üzərinə götürdüyü öhdəliklərin tezliklə icrasına nail olmaq, erməni hərbi birləşmələrinin ərazilərimizdən çıxarılması və sərhədlərin delimitasiya və demarkasiyası ilə sülh sazişinin imzalanmasına nail olmaq bu istiqamətdə atılmış ən vacib addım olacaq. Paralel olaraq erməni vandalizminin dünyaya çatdırılması ilə bağlı daha geniş fəaliyyət planının tətbiq olunmasına ehtiyac var. Tək rəsmi qurumların deyil, siyasi partiya və QHT-lərin, diaspor təşkilatlarımızın və eləcə də hər bir vətəndaşımızın bu işdə fəal olması lazımdır. Beynəlxalq təşkilatların susqunluq nümayiş etdirməsi bizi nə qədər məyus etsə də, bu istiqamətdə fəaliyyətdən soyutmamalıdır. Erməni vəhşiliyi ilə bağlı davamlı şəkildə beynəlxalq səviyyəli seminar və konfransların keçirilməsini, bu faktların dünya mediasında işıqlandırılmasını, beynəlxalq məhkəmələrə müraciətləri təmin etmək lazımdır”.

Ermənilərin məlum hərəkətlərinin insanlıq əleyhinə cinayət olduğunu bildirən politoloq Xəqani Cəfərli isə saytımıza açıqlamasında vurğulayıb ki, bütün faktlar sənədləşdirilməli və beynəlxalq müstəvidə ermənilərə qarşı hüquqi iddialar qaldırılmalıdır:

“Ermənistan işğalı altında olan ərazilərdə qeyri-qanuni məskunlaşdırmanın nəticəsi olan bu cinayətlər Ermənistana qarşı da iddia qaldırmağa imkan verir. Çox yaxşı olar ki, bu, Avropadakı hüquq firmalarının birinin vasitəsilə həyata keçirilsin. Beynəlxalq təşkilatlarda isə Ermənistanın bu əməlinin ifşa edilməsi, siyasi-hüquqi qiymət verilməsinə də nail olmaq lazımdır. Bununla XİN və Beynəlxalq təşkilatlardakı təmsilçilərimiz məşğul olmalıdır”.

Gülşən Şərif

COP29

www.yenicag.az

791
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv