!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Avropa çempionatında yeni TENDENSİYA: Sürpriz nəticələr niyə olmadı? – SƏBƏBLƏR

!Reklam – Yazi

 

“Avropa çempionu olmuş bir ölkə bu çempionatda təcrübəsiz futbolçularla təmsil oldunduğuna görə çempionatın əvvəlində mütəxəssislər onların o qədər də irəli gedəcəklərinə inanmırdlar”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Avropa çempionatının gedişatı və oynanılan oyunlar haqda danışan futbol mütəxəssisi Aslan Kərimov deyib.

Onun sözlərinə görə, Avropa çempionatı kimi böyük çempionatlar ortaya yeni bir tendesiya gətirir:

“Ümumilikdə qeyd etmək lazımdır ki, çempionatda sürpriz nəticələr o qədər də görsənmədi. Adətən, belə çempionatlarda hansısa qrup mərhələlərində hansısa reytinqdə yuxarı olan bir ölkə qrupdan çıxa bilmirdi. Gözlənilməz bir ölkə isə həddən artıq yaxşı performans göstərib, qrup lideri kimi ikinci pley-off mərhələsinə adlayırdı. Ən azından, Avro-2024 də belə bir sürprizi – istər Almaniya, istərsə də İspaniya millisi olsun – hələ ki görmədik. Çünki bundan öncəki Dünya və Avropa çempionatında Almaniya millisi son mötəbər yarışda qrupdan çıxaraq, daha sonra birinci oyunda belə məğlub olublar. Bu çempionatda belə sensasiya olmadı. Ev sahibi kimi almanlar, daha sonra digər qruplardakı kimi, ispanlar yaxşı performans göstərirlər. İngiltərə, Fransa kimi ölkələr ilk oyunda da ən yaxşı oyunlarını göstərməyə çalışdılar.

İtaliya millisini qeyd etmək olar ki, əslində, italyanlardan çempionat başlayan zaman çox şey gözlənilmirdi. Lakin Avropa çempionu olmuş bir ölkə bu çempionatda təcrübəsiz futbolçularla təmsil oldunduğuna görə çempionatın əvvəlində mütəxəssislər onların o qədər də irəli gedəcəklərinə inanmırdılar. Əslində, İspaniya məğlubiyyətləri də, istər-istəməz bunun bir nümunəsidir. Amma qalan bütün ölkələr demək olar ki, gözləntiləri doğrultdular”.

Mütəxəsis qeyd edib ki, indiyə qədər baş tutan bütün oyunlarda kim daha çox topa sahib, daha dominant oynayıbsa, onlar da qələbə qazanıb:

“Belə bir tendesiya var ki, ortabab komandalar belə 3 mərkəz müdadiəçisi ilə daha çox müdafiə olunublar. Yəni ilkin növbədə qapılarını qoruyub saxlamaq, daha sonra imkan varsa, qol vurmaqdır. 1/8 finala çıxmaq baxımından almanları favorit sayırdıq. Almanlar birinci və ikinci oyunları çox yüksək səviyyədə keçirdilər, amma axırıncı oyunda bir çox sual yarandı. Bunlardan biri də komandanın hər 3 oyuna eyni heyətlə çıxması idi. Uzun marafon turnirlərində oyunçuları bir qədər qorumaq lazımdır. Çünki bəzi oyunçular öz daxili çempionatlarında, avrokuboklarda finala qədər yüksəlmiş futbolçulardır. Çempionatda hər komandanın 3 xalı olan komandalar da var ki, bu da qrupun daha maraqlı olmasına gətirib çıxarır.

Fikrimcə, qrup mərhələsindən sonra da maraqlı oyunlar izləyəcəyik. Türkiyə millisi dominant oynadığı oyunda qalib gəlsə də, Portuqaliya ilə oyunda çatışmayan cəhətləri ortaya çıxdı. Düzdür, gürcülərlə oyunda da səhvləri olsa da, portuqallarla oyun zəif tərəfləri açıq-aşkar göründü. Qrupdan çıxmaq şansları yüksək olsa da, amma 1/8 finaldan irəli gedə biləcəkləri sual altındadır”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

266
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv