Portuqaliya, Polşa və Uels 1/4 finalda!
Fransada keçirilən futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsinin ilk oyununda Polşa və İsveçrə milliləri qarşılaşıb.
Birinci hissədə polşalı Blaşikovskinin vurduğu topa isveçrəlilər oyunun əsas vaxtının bitməsinə 8 dəqiqə qalmış Şakirinin qolu ilə cavab veriblər — 1:1.
Əlavə vaxtda qapılara top vurulmayıb. Penaltilər seriyasında daha dəqiq olan Polşa yığma komandası 5:4 hesabı ilə qalib gələrək, 1/4 final mərhələsinə vəsiqə qazanmış ilk komanda olub.