Avropa səhmlərinin fond indeksi “Stoxx Europe 600” 0,93 faiz artaraq 416,8 bənd, Almaniyada DAX 40 indeksi isə 1,23 faiz artaraq 13 279 bənd olub.
Yenicag.az xəbər verir ki, Böyük Britaniyada FTSE 100 indeksi 0,69 faiz artaraq 7 259 bənd, Fransada CAC 40 indeksi 0,84 faiz artaraq 6 124 bənd, İtaliyada MIB 30 indeksi 0,57 faiz artaraq 22 245 bənd, IBEX indeksi 35 bənd olub.
Analitiklərə görə, tənəzzül narahatlığı mərkəzi bankların sərtləşdirmə siyasətlərini yumşalda biləcəyi gözləntisi birjalarda müsbət gedişatın yeni həftəyə daşınmasına səbəb olub. Ötən həftəni müsbət nəticələrlə bağlayan ABŞ fond bazarlarının ardınca neft qiymətlərinin düşməsi və FED-in aqressiv faiz artımının qlobal tənəzzülün yumşalmasına səbəb olacağı qorxusu Asiya fond bazarlarını da yüksəldib.
Gülşən Şərif
www.yenicag.az