Rütte: "Kanada və Avropa müdafiəyə əlavə 250 milyard dollar ayıracaq"

media-hightechnic-468x90

Kanada və Avropa ölkələri yaxın iki il ərzində müdafiə ehtiyaclarının qarşılanması üçün əlavə olaraq təxminən 250 milyard ABŞ dolları xərcləyəcəklər.

media-banner_tkm

Bu barədə NATO-nun baş katibi Mark Rütte “The Wall Street Journa”l qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Avropa ölkələri müdafiə potensialını sürətlə gücləndirir və bunun nəticəsində yaxın iki ildə Kanada və Avropanın müdafiə xərclərində əhəmiyyətli artım müşahidə olunacaq.

Rütte qeyd edib ki, iyulun 7–8-də Ankarada keçiriləcək NATO sammitinin əsas mövzusu bir il əvvəl verilən öhdəliklərin icrası olacaq.

“Bir il əvvəl Haaqada keçirilən sammit vədlərə həsr olunmuşdu. Bu sammit isə həmin vədlərin həyata keçirilməsinə, maliyyə vəsaitlərinin ayrılması, müdafiə sənayesinin istehsal imkanlarının artırılması və Ukraynaya dəstək məsələlərinə fokuslanacaq”, – deyə NATO-nun baş katibi vurğulayıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05