!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropa İttifaqı və Serbiya litium tədarükünə dair saziş imzaladı

!Reklam – Yazi

Serbiya hökuməti və Avropa İttifaqı (Aİ) batareyalar üçün materialların tədarükü haqqında saziş bağlayıblar.

Yenicag.az xəbər verir ki, Anlaşma Memorandumu Serbiyanın mədən və energetika naziri Dubravka Jedoviç-Xandanoviç və Avropa Komissiyasının (AK) vitse-prezidenti Maroş Şefçoviç tərəfindən Belqradda keçirilən strateji xammal sammiti çərçivəsində imzalanıb.

Sənədin imzalanmasında Almaniya Kansleri Olaf Şolts da iştirak edib. O, sazişin bağlanmasının Avropanın müstəqilliyini qorumağa kömək edəcəyini və batareyaların və elektrikli avtomobillərin istehsalını artırmaq üçün imkanlar təqdim edəcəyini bildirib.

Bu il iyulun əvvəlində Serbiya Konstitusiya Məhkəməsi ölkənin qərbində Avropanın ən böyük litium yatağının yerləşdiyi Yadar vadisində 2,4 milyard dollar dəyərində dağ-mədən layihəsinin dayandırılması barədə qərarı ləğv edib. Medianın yazdığına görə, 2021-ci ildə Yadarda mədən hasilatı planları Belqradda böyük ekoloji etirazlara səbəb olub.

Daha əvvəl Handelsblatt qəzetinə verdiyi müsahibədə Serbiya prezidenti Aleksandar Vuçiç Belqradın Avropanın ən böyük litium yatağını Çin ilə yox, Almaniya və Avropa İttifaqı ilə inkişaf etdirəcəyini bildirib. O, bu layihə ilə Serbiya iqtisadiyyatının inkişafına və ölkənin Aİ-yə inteqrasiyasının sürətləndirilməsinə böyük ümidlər bağladığını dilə gətirib.

Müxbirin Çindən olan istehsalçıların litium yatağına mümkün əlyetərliyi barədə sualına cavab verən A. Vuçiç, həmçinin Çin Xalq Respublikasının (ÇXR) nümayəndələri ilə danışıqlar aparılmadığını qeyd edib. O deyib: “Biz hər il 58 min ton litium hasil edə bilərik. Bu, 1,1 milyon elektromobilin istehsalı üçün kifayətdir. Beləliklə, Avropa bazarının təxminən 17 faizini təmin edə biləcəyik”.

A.Vuçiç əlavə edib ki, akkumulyator batareyaların istehsalının yaradılması və litiumun yalnız bir hissəsini xammal şəklində ixrac edilməsi planlaşdırılır.

Avropa Komissiyasının idarələrarası münasibətlər və proqnozlaşdırma üzrə sədr müavini Maroş Şefçoviç sazişi imzaladıqdan sonra Serbiyanın litium hasilatından elektrikli avtomobil istehsalına qədər tam tədarük zənciri olan ilk Aİ ölkəsi ola biləcəyini qeyd edib.

Qeyd etmək lazımdır ki, hazırda Aİ-də litium tədarük bazarında Çin üstünlük təşkil edir./Azertag/

COP29

www.yenicag.az

209
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv