Avropanın üç nəhəng klubu İspaniyanın “Real Madrid” komandasının və Türkiyə millisinin futbolçusu Arda Gülərlə maraqlanır.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, yarımmüdafiəçini Almaniyanın “Bavariya”, İngiltərənin “Liverpul” və “Mançester Yunayted” kollektivləri heyətinə qatmaq niyyətindədir. Bu mövsüm nadir hallarda meydana çıxan oyunçunun özü də “kral klubu”ndan ayrılmaq, daha çox oynaya biləcəyi komandaya keçmək istəyir.
Qeyd edək ki, A.Gülər bu mövsüm Madrid təmsilçisinin heyətində 28 matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
www.yenicag.az