Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Mixeil Saakaşvilinin məhkum edilməsinə dair Gürcüstana qarşı şikayətinə baxıb və onun şikayətini təmin etməyib.
Yenicag.az xəbər verir ki, qərara görə, onun ədalət mühakiməsi və hüquqa zidd cəzadan qorunma haqları pozulmayıb, ona qarşı cinayət işi siyasi motivli deyil.
Məlumata görə, AİHM qərarı Saakaşvilinin 2 cinayət işinə görə məhkum edilməsiylə bağlıdır:
1) 2005-də onun arvadını təhqir edən deputatın döyülməsini təşkil etməsi;
2) Daxili İşlər Nazirliyinin qətl hadisəsinə görə məhkum edilmiş 4 yüksək vəzifəli rəsmisini əfv etməsi.
Eyni zamanda, Saakaşvili prezidentliyi dövründə faktiki olaraq bir çox insanın qanunsuz həbsi və döyülməsi haqqında DİN rəhbərinə tapşırıq verib.
Döyülmə işində ittihamın istinad etdiyi həlledici şahidlər Nino Burcanadze (parlamentin keçmiş spikeri), İrakli Okruaşvili (keçmiş müdafiə naziri) və V.Z. (hadisə baş verən vaxt çevik polis alayının rəisi) olub. Bu şahidlər Saakaşvilinin təşkilatçı olduğunu bildiriblər”.
Rafi Müslümov
www.yenicag.az