Avropa ölkələri müdafiə fondu yaradır

media-hightechnic-468x90

Böyük Britaniya, Polşa və Şimali Avropa ölkələrinin hakimiyyət orqanları müdafiə ehtiyaclarını maliyyələşdirmək üçün birgə fondun yaradılmasını müzakirə edir.

Yenicag.az xəbər verir ki, bu barədə “Politiko” nəşrinə iki avropalı diplomat bildirib.

“Əsas ideya daha ucuz qiymətə silahların birgə alınması, eləcə də müdafiə ehtiyacları üçün sərfəli kreditlərin alınması imkanlarının yaradılmasıdır. Britaniya ötən həftə İsveç, Finlandiya, Danimarka, Niderland və Polşanın maliyyə orqanlarının nümayəndələri ilə bu ideyanı müzakirə edib”, – mənbə bildirib.

Tərəflərin müzakirələri gələn həftə Varşavada AB maliyyə nazirlərinin görüşü zamanı davam etdirəcəyi gözlənilir./axar.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600