“Avropa Oyunları dostluğun təntənəsi olmalıdır”

media-hightechnic-468x90

azad-rehimov“Biz ilk gündən bəyan etmişik ki, Avropa Oyunları dostluğun təntənəsi olmalıdır. İdman sülh deməkdir”.

Yenicag.az azvision.az-a istinadən xəbər verir ki, bunu bu gün Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyinin I Avropa Oyunları ilə bağlı birgə mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir qeyd edib ki, Avropa Oyunlarını siyasiləşdirmək istəyənlər bu niyyətlərinə nail ola bilməyəcəklər.

“Biz dəfələrlə bildirmişik ki, hansısa Avropa ölkəsinin olimpiya komitəsinin boykotla çıxış etməsi bizimlə görüşlərdə öz əksini tapmayıb. Bəzi idmançıların da adına sözlər yapışdırırlar ki, guya kimsə filan söz deyib. Avropa Olimpiya Komitənin prezidenti də vurğuladı ki, bizim fikirlərimiz idmançılardır, onların gələcəyidir. Bizim də məqsədimiz gəncləri idmana cəlb etmək və gələcək nəslin sağlam yetişməsinə nail olmaqdır”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600