Avropa Oyunlarının məşəli Samuxa gətirilib

media-hightechnic-468x90

torch_samux_160516_(7)Mayın 16-da “Bakı-2015” ilk Avropa Oyunlarının məşəli Daşkəsəndən Samux rayonuna gətirildi.

Samux rayonunun giriş qapısında Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi oldu. Şəhərin Heydər Əliyev prospektində əllərində dövlət bayrağımızı, birinci Avropa Oyunlarının atributlarını əks etdirən şəkillər və plakatlar tutmuş minlərlə rayon sakini məşəl yürüşünün iştirakçılarını alqışlarla qarşıladılar.

Avropa Oyunlarının rəmzi qapısında sərbəst güləş üzrə Azərbaycan çempionu Anar Cəlilov məşəli qəbul etdi.

On məşəlçi Oyunların rəmzi qapısından yürüşə başladı. Məşəli növbə ilə bir-birinə ötürən idmançılar rayon sakinlərinin alqışları ilə Heydər Əliyev prospekti boyunca hərəkət edərək Heydər Əliyev parkının qarşısına gəldilər. Buraya toplaşanlar birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları sürəkli alqışlarla qarşıladılar.

Sonra kikboksinq üzrə dördqat dünya çempionu Elnur Salamov səhnədə birinci Avropa Oyunlarının məşəlini alovlandırdı. “Bakı-2015”-in çırağı yandırılaraq, Oyunlar başa çatanadək saxlanılması üçün rayondakı Heydər Əliyev Mərkəzinə təhvil verildi(trend).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600