Avropada artan təhlükəsizlik NARAHATLIĞI: "Rusiya-Ukrayna müharibəsinin davam etməsini istəyirlər ki..."

media-hightechnic-468x90

“Rusiyanın öz öhdəliklərinə nə qədər sadiq olduğunu hamı kifayət qədər aydın görə bilir. Buna görə Rusiyaya inam yoxdur”.

Bunu Rusiya-Ukrayna müharibəsi fonunda Avropada təhlükəsizliklə bağlı artan narahatlıq barədə danışan politoloq Abutalıb Səmədov Yenicag.az-a açıqlamasında deyib.

Politoloq ABŞ-nin Avropanı qorumaq nioyyətinin olmadığını bildirib:

“Buna görə də orduya ayrılan vəsait və hərbi xərclər hətta iki faizdən də aşağı idi. Ukrayna müharibəsi başladıqdan sonra Trampın verdiyi bəyanatlar Avropa ölkələrinin yanlış mövqe tutduqlarını göstərdi. ABŞ-nin onları Rusiya təhlükəsindən qorumaq niyyəti yoxdur. Bu isə, təbii ki, Avropada ciddi narahatlıq yaratdı.

Ukrayna müharibəsinin davam etməsini istəyən Avropa ölkələrinin mövqeyi də, əsasən, bununla bağlıdır. Rusiya təhlükəsinə qarşı daha yaxşı hazırlaşa bilmək üçün vaxt qazanmaq istəyirlər. Hətta Avropa ölkələri hazırda o qədər hazırlıqsız vəziyyətdədirlər ki, bu gün Avropanın ən böyük ordusu Ukrayna ordusudur.

Təklif olunan sülh planına Avropanın belə kəskin reaksiya verməsinin əsas səbəblərindən biri də məhz Rusiya qorxusudur. Avropa Rusiyanın bir az da zəifləməsini arzulayır. Buna görə də Rusiya-Ukrayna müharibəsinin davam etməsini istəyir. Digər tərəfdən, artıq Avropa ölkələri də öz ordularını gücləndirmək istiqamətində ciddi fəaliyyətə başlayıblar. Lakin bunun üçün onlara vaxt lazımdır”.

A. Səmədovun sözlərinə görə, Trampın 28 bəndlik “sülh planı”na Ukraynadan daha sərt şəkildə Avropa ölkələrinin etiraz etməsinin kökündə də sözügedən amil dayanır:

“Həmin sülh planında Rusiya tərəfindən Avropaya hücum etməmək öhdəliyi nəzərdə tutulur. Lakin son illərdə Rusiyanın öz öhdəliklərinə nə qədər sadiq olduğunu hamı kifayət qədər aydın görə bilir. Buna görə Rusiyaya inam yoxdur.

Avropa ölkələri ordularını mükəmməlləşdirmək istəyirlər, müxtəlif planlar hazırlayırlar. Almaniyanın fövqəladə vəziyyət planı hazırlaması da məhz Rusiya ilə bağlı narahatlıqdan qaynaqlanır”.

Xatırladaq ki, “The Wall Street Journal” (WSJ) Almaniyanın Rusiya ilə silahlı münaqişə üçün fövqəladə vəziyyət planı hazırladığına dair məlumat yayıb.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa