!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropada çiçəklənən SİYASİ RÜŞVƏT: “Onlar təqdim edilən sənədlərin mahiyyətinə varmadan...”

!Reklam – Yazi

“Həmin qətnamələrin hüquqi təsir qüvvəsi yoxdur və onlar sadə kağız parçasından başqa bir şey deyil”.

Bu fikirləri episentrində bir sıra avropalı siyasətçilərin olduğu rüşvət qalmaqallarının artmasının səbəblərini şərh edən politoloq İlyas Hüseynov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Avropa Parlamenti (AP) deputatlarının rüşvət qalmaqalı ilə gündəmə gəlməsi sözügedən qurumun və ümumiyyətlə, Avropa İttifaqının (Aİ) reputasiyasına ciddi zərbə vurur:

“Çünki Avropa İttifaqı sosial-iqtisadi institut kimi böyük coğrafiyanı əhatə edən mexanizmdir. Yaşanan mənfi hallarla bağlı artıq müvafiq istintaq hərəkətlərinə başlanılıb.

Həmçinin qeyd etmək lazımdır ki, Avropa Parlamentində İslamafob, türkofob, Azərbaycanofob deputatların yer alması təəssüf doğuran məqamlardan biridir. Xüsusilə, Vətən müharibəsindəki qələbəmizdən sonra Avropa Parlamenti ölkəmizə qarşı qərəzli olaraq çoxsaylı qətnamə qəbul etdi.

Avropa parlamentariləri bir çox hallarda irəli sürülən qanun layihələri ilə tanış olmadan, onun mahiyyətinə varmadan, regional spesifikasını təhlil etmədən bu qətnamələrin lehinə səs verirlər. Bu isə prezident İlham Əliyevin də vurğuladığı kimi, səriştəsiz siyasətçilərin işidir.

Həmin qətnamələrin hüquqi təsir qüvvəsi yoxdur və onlar sadə kağız parçasından başqa bir şey deyil. Gündəmə gələn rüşvət qalmaqalı da məhz erməni lobbisinin maliyyəsi ilə korrupsiyaya bulaşmış parlamentarilərin qəbul etdiyi qətnamələrlə bağlıdır. AntiAzərbaycan qətnamələrin hansı təsirlərlə qəbul olunduğu araşdırılmalı və ciddi tədbirlər görülməlidir”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

2149
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv