Avropada etil spirti qadağan edilə bilər
Avropanın Kimyəvi Maddələr üzrə Agentliyi (ECHA) etil spirtinin kanserogen maddələrin siyahısına salınmasının mümkünlüyünü nəzərdən keçirir.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, belə bir qərar qəbul olunsa, sözügedən spirt növünün satışı və tətbiqi Avropanın tibbi və əczaçılıq müəssisələrində qadağan edilə bilər. Oktyabrın 10-da agentliyin işçi qruplarından biri etil spirtini xərçəng xəstəliyinin inkişafı riskini artıran və hamiləlik zamanı fəsadlaşma təhlükəsiz yaradan bir maddə kimi təsvir edən tövsiyə xarakterli raport dərc edib.
ECHA-nın aktiv biosid maddələrin öyrənilməsi üzrə komitəsi noyabrın 24-dən 27-dək iclas keçirəcək. Həmin iclasda agentlik etanolun insan üçün təhlükəli maddə kimi təsnif olunması məsələsinə dair qərar qəbul edəcək. Daha sonra bu tövsiyə Avropa Komissiyasına təqdim olunacaq və yekun qərarı Komissiya verəcək.