!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropada ifrat sağçı QƏLƏBƏSİ: Azərbaycanla münasibət necə davam edəcək?

!Reklam – Yazi

“İyun ayının 6-dan 9-na qədər olan tarixdə Avropa Birliyinin 27 ölkəsində Avropa Birliyi Parlamentinə nümayəndələr seçildi və bu seçkilər nəticəsində gözlənildiyi kimi, Avropa Xalq Partiyası, eləcə də mühafizəkar sağçı partiyalar qalib gəldi”.

Bu sözləri Yenicag.az-la söhbətində politoloq Sultan Zahidov deyib.

 

Siyasi təhlilçi Avropa İttifaqı Parlamentinə keçirilən seçkilərdə mühafizəkar sağçı kəsimin qələbəsinin səbəblərindən söz açıb.

S. Zahidova görə, istər Fransa, istər Almaniya, istərsə də İtaliyada mühafizəkar sağçı partiyaların qalib gəlməsi o deməkdir ki, Avropa Birliyi ölkələrinin əhalisi hazırkı gedişatdan narazıdır:

“Düşünürəm ki, burada əsas problemlər həmin dövlətlərdə olan immiqrasiya siyasətidir. Çünki Rusiya-Ukrayna müharibəsindən sonra immiqrasiya, Avropaya axın daha da artmışdır ki, bundan da narazı qalan təbəqələrin sayı da gündən-günə çoxalmaqdadır. Eyni zamanda, Rusiya-Ukrayna müharibəsi və Avropa Birliyinin buna olan mövqeyinə narazı olan qüvvələr də var. Xüsusilə də Avropa Birliyində enerji bazarlarında qiymətlərin artması xalqı narazı salan amillər sırasındadır ki, bunun nəticəsində də xalqın artıq mövcud solçu liderlərə bir o qədər etimadı qalmamışdı və nəticədə də məhz sağçılar qalib gəldilər”.

Həmsöhbətimiz Avropa Birliyində ciddi bir struktur dəyişikliyi olacağına inanmadığını əlavə edib:

“Çünki əvvəlki seçkilərdə də – 2019-cu ildə Avropa Xalq Partiyası qalib gəlmişdi. Böyük ehtimalla, indi də məhz komissiyanın rəhbəri Almaniyanın Xristian Demokrat Birliyindən olan Ursula fon Der Leyen seçiləcək”

“O ki qaldı bunun Avropa siyasətində hansı dəyişikliyə gətirib çıxarmasına, düşünürəm ki, Avropa siyasətində fundamental bir dəyişiklik olmayacaq. Çünki bu gün Avropa Birliyi ölkələrinin əksəriyyəti Rusiya-Ukrayna məsələsində Rusiyanın işğalçı olduğunu və ona qarşı ittifaq yaranmalı olduğunu dəstəkləyir. Həmçinin təhdid var ki, növbəti dayanacaq məhz Avropa ola bilər. İsrail-Fələstin məsələsində də Avropa Birliyinin mövqeyində müəyyən yumşalma, daha neytral mövqe sərgilənə bilər. Daxili siyasi və iqtisadi sahədə isə bir sıra fundamental islahatlar həyata keçirilə bilər”, – söyləyib

“Azərbaycanla münasibətə gəldikdə isə düşünmürəm ki, ittifaqın Azərbaycanla münasibəti daha pisləşsin. Çünki Azərbaycanın Avropada sağçı təbəqələrlə, sağçı partiyalarla münasibəti daha yaxşı olub, nəinki solçularla. Yəni Azərbaycanla münasibətdə ciddi bir siyasi dəyişiklik baş verəcəyinə inanmıram. Çünki Avropa Birliyi Parlamentində satılmış, rüşvətə qurşanmış deputatlar da mövcuddur. Burada “Russiagate” və “Qatargate” kimi skandalları unutmaq lazım deyil. Qısacası, belə olan halda, sözsüz ki, qurumun adekvat və ədalətli siyasət yürütməsi istər-istəməz şübhələr doğurmaqdadır”, – mütəxəssis fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

www.yenicag.az

172
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv