"Avropada yeni təhlükəsizlik sistemi formalaşır" - SİYASİ ŞƏRH

media-hightechnic-468x90

“Avropa Siyasi Birliyinin Zirvə toplantısında bir sıra mühüm məsələlər müzakirə olunur və yeni təhlükəsizlik sistemi formalaşır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi İlyas Hüseynov deyib.

O bildirib ki, hazırda Qərb üçün ciddi təhlükəsizlik çağırışları mövcuddur:

“Ukrayna ətrafında yaranmış vəziyyəti səhmana salmaq üçün rəsmi Kiyevə yardımların edilməsi önəmlidir. Bayden administrasiyası dövründə yardımların həcmi yüksək olsa da, effektivlik aşağı idi. Lakin Donald Tramp ABŞ-də prezident seçildikdən sonra fərqli mövqe göstərdi. Belə ki, o, Rusiya ilə münasibətləri pozmaq istəmədi. Əksinə, bərpa etməli və neytral vasitəçi olmaq düşüncəsindədir. Məhz bu səbəbdən Rusiya-Ukrayna danışıqları nəzərdə tutulandan daha çox keçirildi. Lakin bütün hallarda hazırkı vəziyyəti nəzərə alaraq onu qeyd etmək lazımdır ki, rəsmi Kiyevə dəstək şərtdir”.

media-i41jabnfdzdqr4agaoug

Ekspert əlavə edib ki, Ukraynanın hava hücumundan müdafiə sistemlərinə, qırıcılara və digər avadanlıqlara ehtiyacı var:

“Hazırkı durumda tərəflər arasında həm də resurs müharibəsi gedir və bundan qalib çıxan qüvvələr beynəlxalq münasibətlər sisteminin gələcəyini müəyyənləşdirəcək. Ona görə də Qərb burada uduzmaq istəmir. Onlar üçün məğlubiyyət qəbuledilməzdir. Eyni zamanda Rusiyaya qarşı sanksiyalar paketi ilə bağlı da hərəkətlər mövcuddur. Rusiyanın enerji resurslarından imtina hazırkı durumda vacibdir. Bu sadalananların reallaşması Ukraynaya daha da kömək etmiş olacaq. Enerji resurslarından imtina olunmasa, müharibənin müddəti daha da arta bilər”.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa