Avropadan Fələstin ÇAĞIRIŞLARI: “Bu tanınmalar daha çox simvolik məna daşıyır”

media-hightechnic-468x90

“Bir neçə Avropa ölkəsi Fələstini tanıyacaq dövlətlər sırasına daxil olacaqlar”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Yeganə Hacıyeva bildirib.

media-whatsapp-gorsel-2025-09-23-saat-15-04-08_85ea6306

Politoloq Fransanın Fələstini rəsmən tanıdığını bəyan etməsini şərh edib.

Onun sözlərinə görə, Böyük Britaniya, Kanada və Avstraliya , Portuqaliya Fələstin dövlətini rəsmən tanıyıb:

“Dünən Fransa da BMT-nin ən yüksək səviyyəsində Fələstini tanıyan dövlətlər sırasına qoşulub. Vurğulamaq istəyirəm ki, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan və G7 üzv ölkələr arasında Fələstini tanıyan ilk dövlətdir. Fransanın bunu BMT Baş Assambleyasının sessiyasından səsləndirməsindən sonra  bir sıra ölkələr Fələstinin tanıyan ölkələr sırasına qoşuldular”.

Y. Hacıyeva yaxın gələcəkdə daha bir neçə Avropa ölkəsinin Fələstini tanıyacağını bildirib:

“Məsələn, rəsmi olmasa da, daha bir neçə Avropa ölkəsi – Andorra, Belçika, Lüksemburq, Malta və Monako Fələstini tanıyacaqlarını elan ediblər. Ümumiyyətlə isə 2025-ci ilin aprelinə olan məlumata görə, BMT-yə üzv olan 193 ölkədən təxminən 147-si Fələstini dövlət kimi tanımışdı və indi isə onların sayı 156 olacaq. Əslində. bu addımlar konfliktin sülh yolu ilə nizamlanma və iki dövlətli həll şansları artırır”.

O, əlavə edib ki, Fələstinin dövlət olaraq tanınmasının şərtləri də var:

“Məsələn, bir sıra ölkələr girovların azad edilməsi, Qəzzada HƏMAS nəzarətinin dayandırılması və ya Fələstin Muxtariyyəti daxilində islahatlar kimi müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə Fələstini tanıyıblar. İsrail bu tanınmaları tənqid edər və bunu danışıqları çətinləşdirə və təhlükəsizlik şərtlərini poza biləcək tək tərəfli addımlar adlandırır”.

Y. Hacıyeva bu tanınmalar, əslində, İsrailə təzyiq vasitəsi olsa da hələ də atılan ciddi real addım yoxdur:

“Bu tanınmalar daha çox simvolik məna daşıyır və beynəlxalq səviyyədə Fələstinin diplomatik legitimliyini gücləndirmək, konfliktin iki dövlət həllinin qəbulu üçün İsrailə təzyiq göstərmək məqsədi daşıyır. Çünki BMT-yə üzv olan 193 ölkədən təxminən 147-si Fələstini dövlət kimi tanısa da, onlar arasında nə effektiv diplomatiya, nə də sülhə doğru real addımlarla dəstəklənməsi kimi aktivlər mövcud deyil. Yaxşı nəticəyə o halda ehtimal edə bilərik ki, bu tanınmalar iki ölkə arasında sülhün aydın çərçivəsini müəyyən etsin, onun mərhələli həyata keçirilməsini beynəlxalq monitorinq mexanizmləri nəzarət etsin və bunların hamısı böyük sülh sazişinin tərkib hissəsinə çevrilsin. Hazırda isə buna ümid etmək üçün ciddi əsas yoxdur”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa