Avropadan İsrailə sanksiyalar gözlənilirmi? - ŞƏRH
“İsrailin Qəzzada törətdiyi hərbi cinayətlər və humanitar böhran fonunda Avropa İttifaqının (Aİ) rəsmi Təl-Əvivə sanksiya tətbiq edəcəyi inandırıcı görünmür”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, zaman-zaman Aİ İsrailə qarşı kəskin ritorika ilə çıxış edib:
“Onlar HƏMAS-a qarşı əməliyyatlarda demək olar ki, Qəzzanı yer üzündən sildilər. Qərb ölkələrinin də buna narazılığı var idi. Hətta Böyük Britaniya başda olmaqla bir çox ölkə Fələstinin müstəqilliyini tanıdı. Lakin hazırkı durumda Aİ-nin İsrailə qarşı sanksiyalar tətbiq edəcəyi inandırıcı deyil. Xüsusilə, Donald Tramp buna imkan verməz. Həmçinin bir çox Qərb ölkələri də İsraillə sıx əlaqələrə malikdir. Avropanın maliyyəsinin böyük bir hissəsi də yəhudilərin əlində cəmləşib. Belə olan halda Aİ sadəcə mövqe sərgiləyir. Düzdür, Misirdə keçirilən ‘Yaxın Şərq Sülh Sammiti’ndən sonra İsrail atəşkəsi pozdu. Təbii ki, bunda maraqlıdırlar. Bununla belə, Aİ siyasi və iqtisadi təzyiqlərdən başqa ciddi addım atmayacaq”.
Məlik Məlikov