Avropa İttifaqı (Aİ) Çinlə münasibətlərin normallaşdırılması üçün Pekin qarşısında şərt qoyub.
Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik məsələləri üzrə Ali təmsilçisi Jozep Borrel danışıb.
Borrelin sözlərinə görə, Çin Ukraynaya təcavüzü dayandırmaq üçün Rusiyaya təsir göstərməlidir:
“Əgər Pekin öz qoşunlarını Ukrayyna ərazisindən çıxarmaq və müharibəyə son qoymaq üçün Rusiyaya təsir imkanlarından istifadə etməsə, Avropa İttifaqı ilə Çin arasında münasibətlərin normal məcrada inkişafı mümkün olmayacaq.
Bu müharibədə təcavüzkarla təcavüzə məruz qalan arasında fərq qoymadan neytral qalmaq, əslində, təcavüzkarın yanında olmaq anlamına gəlir. Biz bu barədə çox danışmışıq və bundan sonra da danışacağıq.
Geosiyasi nöqteyi-nəzərdən, əvvəllər Şərqlə olduğu kimi, Qərb ilə Uzaq Şərq arasında yeni “soyuq müharibə”dən qaçmalıyıq”.
www.yenicag.az