Avropanın Türkiyə təlaşının SİRRİ: NATO sülhməramlısı Moskvanı niyə QICIQLANDIRIR?

media-hightechnic-468x90

“Məlumdur ki, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında Alyaska görüşləri, ardınca isə Avropa liderləri ilə keçirilən danışıqlar nəticəsində Trampın Vaşinqton zirvəsi çərçivəsində bir sülh və ya atəşkəs prosesi gündəmə gəlib. Lakin bu prosesdə hər iki tərəfin razılaşmadığı mühüm məqamlar mövcuddur”.

Bunu Yenicag.az-a açıqlamasında türkiyəli analitik Hüsaməddin İnaç deyib.

media-husameddin-inanc

Siyasi təhlilçi Ukrayna müharibəsinin yekunlaşmasından sonra Türkiyə Sülhməramlı Qüvvələrinin bu ölkədə sülhün əldə olunması istiqamətində fəaliyyət göstərməsi ilə bağlı yayılan informasiyalara və sözügedən prosesin vacibliyinə münasibət bildirib.

Onun sözlərinə görə, Ukrayna öz torpaqlarının bir hissəsini belə Rusiyaya vermək istəmir:

“Rusiya isə işğal etdiyi bütün əraziləri Krım ilə birləşdirərək, Zaporojye, Donbas və Xerson bölgələrini də əhatə etmək istəyir. Rusiya müzakirədənkənar hesab etdiyi əraziləri artıq öz ərazisi kimi görür və əslində, yalnız atəşkəs deyil, tam bir sülh əldə etmək niyyətindədir. Lakin vəziyyət Rusiyanın baxış bucağından tamamilə fərqlidir. Moskva işğal etdiyi torpaqlarda möhkəmlənmək istəyir. Xüsusilə Rusiyanın həssas olduğu məqamlardan biri də “Sülh Qüvvəsi” adı altında NATO üzvü ölkələrin Ukrayna ərazisində yerləşdirilməsini istəməməsidir. Bu səbəbdən, Avropa ciddi çarəsizlik içindədir. Onlar hesab edir ki, Rusiyanın istədiyini əldə etdiyi an Putin dayanmayacaq və xüsusən Baltikyanı ölkələr və ya Polşa üzərindən Avropaya doğru irəliləmə meyli göstərəcək”.

Analitik əmindir ki, bu baxımdan, Avropa Türkiyəyə böyük ehtiyac duyur və türk hərbçilərinin sülhməramlı qüvvələrdə iştirak etməsini istəyir:

“Lakin Türkiyənin bu missiyada iştirak etməsi ehtiyatlı yanaşılacaq. Çünki belə bir addım Rusiya ilə Türkiyənin münasibətlərini gərginləşdirə və qərbdən çıxarılmış bir “tələ” rolunu oynaya bilər. Əgər belə bir sülhməramlı missiya yaradılacaqsa, onun məqsədləri, funksiyaları və sərhədləri əvvəlcədən dəqiq müəyyən edilməlidir. Bu, eyni zamanda Avropa ilə Türkiyə arasındakı müzakirələrdən asılı olacaq. Çünki Avropa Birliyi indiyə qədər Türkiyəyə qarşı ikili standartlar tətbiq edib: ehtiyac olduğu zaman yaxınlaşıb, ehtiyac olmadığı zaman isə tamamilə kənarlaşdırıb. 50 ildən artıq davam edən müzakirələr nəticəsində Türkiyənin üzvlük prosesi irəliləyib, lakin tam üzvlük hələ reallaşmayıb. Bu səbəbdən tərəflər arasında güvən problemi də mövcuddur. Türkiyənin, Rusiyanı qarşısına alacaq və onu narazı salacaq bir Avropa planı üzərində hərəkət edəcəyi ehtimalı çox aşağıdır. Xüsusilə də Trampın Putinə cəmi 15 gün müddət verməsi bu sülh imkanını əhəmiyyətli dərəcədə zəiflətmiş göstərir”.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa