!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avtandil Məmmədov: “ABŞ-ın İrana basqıları Tramp-Haspel münasibətlərinə birbaşa bağlıdır”

!Reklam – Yazi

Enerji məsələləri üzrə ekspert Avtandil Məmmədovun Yenicag.az-a müsahibəsini təqdim edirik:

– Avtandil müəllim, bir neçə gün öncə Defence Times neft qiymətlərinin kəskin düşməsi fonunda ABŞ və Səudiyyə Ərəbistanı arasında yaranan fikir ayrılıqlarına görə ABŞ-ın Səudiyyədən Patriot zenit-raket kompleksinin iki batareyasını çıxarması haqqında xəbər yayıb. ABŞ-ın öz hərbçilərini krallıqdan geri çəkməsinə səbəb olan fikir ayrılığı nədir?

– Məncə, bu informasiya yanlış traktovka olunub. ABŞ-ın addımı hər hansı fikir ayrılığı ilə bağlı deyil. Patriot ZRK-ların Səudiyyə Ərəbistanından çıxarılması siyasi yox, texniki xarakter daşıyır. Aprelin 14-dən İraq ərazisində yeni, yəni İraqın digər bölgələrindən alınmayan, yeni istifadəyə verilmiş, iki Patriot hava hücumundan müdafiə batareyası – Ərbil yaxınlığındakı iki batareya və Ənbar əyalətindəki Əyn əl-Əsədin iki batareyası hərbi əməliyyatlara qoşulub. Səudiyyə Ərəbistanından iki batareyanın çıxarılması İraqda yeni Patriot-ların daha uğurlu yerləşdirilməsilə bağlıdır. Onu da deyim ki, ABŞ İraqdakı hərbi əməliyyatlara Səudiyyədəki köhnə ZRQ-larını (ZRQ – zenit raket qurğusu) gətirməyib, yenilərini quraşdırıb. Yeni sistem köhnələrdən, radiolokasiya stansiyası ilə fərqlənir, belə ki, köhnələrdə AN/MPA-53, Əyn əl-Əsədində qurulmuş ZRQ-lar isə AN/MPA-65– radiolokasiya stansiyası ilə təmin olunub, 180 km uzaqlığı təyinetmə, havadakı 125-ə qədər obyekti eyni anda müşahidə etmək özəlliyi ilə seçilir.

– Siz iki ölkə arasında fikir ayrılığını tamamilə istisna edirsiz? Hava hücumundan müdafiə qüvvələrinin azaldılmasının siyasi tərəfləri ola bilməzmi?

– Birincisi, indi dünya bazarında neft qiymətləri 25-30 dollar arasındadır. Prezident Tramp dəfələrlə bildirib ki, bu, bizim arzuetdiyimiz həddir. Tramp bu sözləri seçki ilində aşağı neft qiymətlərinin istehlak qiymətlərini aşağı saldğını bir dönəmdə deyir. Yəni, gərginlik üçün bu kontekstdə heç bir səbəb yoxdur. İkincisi də, həm Səudiyyə, həm ABŞ təhlükə mənbəyi bir-biri yox, İrandır. ABŞ Patriot-ları İraqın Ənbər əyalətinə gətirməklə əslində İrana basqını artırır.

– Bu necə ola bilər? Əyn əl Əsəd İran sərhəddindən 370 km uzaqlıqdadır, Patriotların bu qədər “görmə məsafəsi” yoxdur…

– Bəli, Ayn əl-Əsəddən İran sərhəddinə qədər 400 km yaxın məsafə var, ancaq oradan Suriyaya cəmi 70 km-dir. ABŞ yeni ZRQ-ları ilə İranı İran ərazisində vurmağa hazırlaşmır. Bu gün ABŞ Suriya hava məkanın yarısını, İran hava məkanının isə bir hissəsini praktik olaraq nəzarətdə saxlayır. İranın Suriya ilə quru ərazisi yoxdur. Ona görədə Dəməşqə həm texniki yardım, həm şəxsi heyət göndərilməsini İran hava məkanı vasitəsilə həyata keçirilir. İndi ABŞ bu prosesi asanlıqla nəzarətdə saxlayır – hardan hara nə zaman, nə uçur… Diqqət etməli daha bir məsələ var – aprelin 14-dən ABŞ İraqa yeni zenit raket qurğuları yerləşdirəndən bugünə elə bir gün yoxdur ki, İsrail İranda gətirilən silahların, texnikaların, digər hərbi yüklərin anbarlarını bombalamasın. Söhbət İrana bu cür basqıdan gedir. ABŞ-ın İraqdakı ZRQ-ları istənilən an Suriya ilə İran arasındakı hava əlaqəsini, eləcə də Türkiyə üzərində olan hava dəhlizini tam nəzarətə götürə bilər, məhdudiyyət qoya bilər.

– Bəs, ABŞ ZRQ-larının Səudiyyə Ərəbistanınıdan çıxarılması bu ölkənin təhlükəsizliyini zəiflətmirmi?

– Düşünmürəm. 2 kompleks Səudiyyədən çıxarılandan sonra da ABŞ-ın bu ölkədəki hərbi qüvvələri Səudiyyə Ərəbistanının təhlükəsizliyini müdafiə üçün yetərlidir. Əgər ABŞ krallığa onun müdafiəsini zəiflətmək mesajı vermək istəsəydi bunu Patriotları çıxarmaqla deyil, THAAD ZRQ-ları vasitəsilə edərdi. Bu, tamamilə fərqli raket sistemidir. Mövzudan kənara çıxmadan bir məqamla THAAD-ın texniki özəlliyini izah edim – cəmi 900 kq olan bu raketi ilə bu ZRQ 200km məsafədə 150km hündürlükdə, yəni yaxın kosmosda, olan hədəfi məhv edə bilir. Bu gün düynada heç bir ordu, heç bir ölkə analoji sistemə sahib deyil. Əgər ABŞ həmin raket sistemini Səudiyyə Ərəbistanından çıxarsa, aydıdır ki, Səudiyyənin onu əvəz edəcək heç bir alternativi yoxdur və belə halda krallığın İranın ballistik raketlərinə qarşı müdafiəsi çox xələl görər. Ehtimal etmirəm ki, yaxın 8-10 ildə hansısa ölkə THAAD-a da yaxın silah hazırlaya bilər, hələ heç 2022-ci ildə sınaqlarına başlanacaq THAAD-ER-i demirəm, bu tamam fərqli bir imkana malik olacaq.

– İrana bu cür basqı yalnız neft məsələsi ilə bağlıdırmı?

– Birmənalı qiymətləndirmək doğru olmaz. İranda hər zaman neft olub. Prezident Obamanın zamanında ABŞ-da neft indikindən xeyli az hasil olunurdu. Yəni o zaman neft ABŞ üçün daha qiymətli idi. ABŞ-ın Yaxın Şərq siyasətinin dəyişməsinin səbəbləri başqadır. Birinci səbəb indiki ABŞ administrasiyasının elektoratıdır – konservativ amerikalılar, o cümlədən sağ fikirli yəhudilər. İkinci əsas səbəb isə ABŞ-ın regionda heç olmasa bir istisnasız müttəfiqinin olması arzusudur. Bütün məsələlərə real yanaşsaq, özəlliklə bir zamanla yaxın müttəfiq olan ABŞ-Türkiyə münasibətlərinin indiki durumunu nəzərdən keçirsək, bu ölkə yalnız İsrail ola bilər. İsrailin təhlükəsizliyi məsələsinin ABŞ xarici siyasətindəki rolu isə getdikcə artır.

ABŞ-ın Yaxın Şərq siyasətinin şəkillənməsində sadaladığım faktorlardan da öndə dayanan, hətta birinci sırada ola biləcək daha bir “məqam” var – Mərkəzi Kəşfiyyat İdarəsinin şefi Cina Haspel. Obama administrasiyasının ilk dövründə bu postu tutan Leon Pannet uzun illər ABŞ-ın Səhiyyə, təhsil, sosial təminat Nazirliyində İnsan haqqlarını müdafiə İdarəsinin rəhbəri olmuşdu. Haspelin isə bütün karyerası kəşfiyyatla, özəlliklə Yaxın Şərqlə bağlıdır. O, karyerasına Efiopiyda başlayıb, daha sonra Moskvada çalışıb, Rusiya üzrə MKİ-nin şefinin köməkçisi olub, 1990-93-cü illərdə fəaliyyətinə Türkiyədə davam edib. Yeri gəlmişkən, onun türkcəni çox yaxşı bildiyi deyilir. 1993-cü ildə o, baş idarəyə qayıdıb. 1997-99-cu illərdə Bakıda işləyib.

Azərbaycandakı fəaliyyətinə görə, Cina Haspel MKİ-nin medalına layiq görülüb. Rəsmi xəbərlərə görə, bu medal ona əl-Qaidə terror qrupu ilə dolayı əlaqəsi olan şəxslərin kompüter bilgilərini əldə etdiyinə görə verilib. Ancaq bu rəsmi versiyadır… Əslində isə bu, bir qədər fərqli xidmətə görə mükafatlandırılamasını qeyd edənlər var. Hə bir halda, 1998-cu ildə Bakıda, elə cədə dünyanın digər yerlərində, kompüterlər elə geniş istifadə edilmirdi ki, köçkün statuslu, əl-Qaidə ilə əlaqəli adamlar gizli məlumatları kompüterlərdə saxlasınlar. Yəni Cina Haspelin Bakıdakı xidməti ilə bağlı fərqli əfsanələr mövcuddur.

Cina Haspelin prezident Trampa təsir etmək, hətta onu monipulyasiya etmək üzrə xüsusi qabiliyyət sahibi olması haqda əfsanələr dolaşır. Məsələn, danışılır ki, İrana qarşı qərar verməsi üçün onun prezident Trampa şəxsi planşetində İranda kişilərin qadınları xəyanətə görə daşqalaq etməsindən “qanlı foto” göstərməsi yetərlidir. O, Yaxşın Şərqə çox yaxşı bəllədir, orada baş verənlərə fərqli tərəfdən baxır. MKİ-nin Hasperdən öncəki şefilərindən olan Leon Panneta isə parlaq hüquqşünas olsa da nə kəşfiyyatçı idi, nə də Yaxın Şərqlə tanış idi. Bu səbəbdən Cina Haspelin baxışları prezident Trampın Yaxın Şərq, özəlliklə İran haqqında fikirlərinin formalaşmasına güclü təsir edir.

Aygün Muradxanlı

www.yenicag.az

11246
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv