Avtobuslarda kondisionerlər nə vaxtdan işləyəcək?

Havalar isindikcə ictimai nəqliyyatdan istifadə edənləri narahat edən başlıca problem avtobuslarda kondisioner sisteminin nə vaxt işləyəcəyidir. Avtobuslarda sərnişinlər sıx olduğu zaman problem daha da böyüyür.

Sərnişinlə sürücü arasında yaranan mübahisəyə səbəb avtobusda sürücülərin kondisioneri işlək vəziyyətə gətirməməsidir.

Havaların isti keçdiyi günlərdə ictimai nəqliyyatdan istifadə edən vətəndaşları narahat edən başlıca problem marşrut avtobuslarında kondisioner sisteminin olmasına baxmayaraq, sürücülərin onu qoşmamasıdır. Xüsuilədə avtobusların salonları sərnişinlərlə həddindən artıq yüklənən zaman problem daha da böyüyür.

Bununla yanaşı, bəzi nəqliyyat vasitələrinin pəncərləri tam açılmadığı üçün avtobusun içərisinə az hava daxil olur. İçəridə təmiz hava azaldığından sərnişinlər buna narazılıq edir.

Sərnişinlər sürücülərdən kondisioneri işlək vəziyyətə gətirməməsinin səbəbini soruşduqda isə, onlara icazənin verilmədiyini bildirirlər.

Digər bir problem isə əksər avtobusların ümumiyyətlə kondisioner sisteminin olmamasıdır. Bəs problem necə həll olunacaq? Kondisioneri olan avtobuslarda bu sistem nə vaxtdan işlək vəziyyətə gətiriləcək?

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin sözlərinə görə, yaxın günlərdə daşıyıcılara avtobuslarda kondisioneri işlək vəziyyətə gətirilməsi ilə bağlı tapşırıqlar veriləcək.

Mövsumun başlamasına isə hələ 10 gündən çox vaxt var. Bəs belə isti havalarda avtobuslardan istifadə edən sərnişinlər nə etməlidir? Bu sual yəqin ki, sərnişinlər qədər agentliyi də düşündürməlidir.

Qeyd edək ki, “Baku Bus” və bir neçə şirkətdə fəaliyyət göstərən avtobuslar kondisioner sistemi ilə təchiz edilib. (Xəzər TV)

Yeniçağ.az