Avtobusun açıq qalan qapısından yıxıldı-Foto,Video
Yenicag.Az saytı xəbər verir ki, qapısı açıq olaraq sərnişin daşıyan avtobusdan yıxılan qadın ağır yaralanıb. Düşərkən başı yerə dəyərək yaralanan qadın təcili yardımla xəstəxanaya qaldırılıb. Hadisə saat 10.00 radələrində Çamlıca Mahallesi, Üçpınarlar Prospektində baş verib.
İddialara görə, içində sərnişin olduğu halda qapısı açıq şəkildə yola davam edən sərnişin avrobusundakı 57 yaşlı Güldalı Dönər, açıq qapıdan yıxılıb. Qadının yıxılaraq yaralandığını görən vətəndaşlar köməyə qaçarkən, hadisə yerinə təcili yardım və aidiyyatı qurumlar gəlib. Ətrafdakılar da başından qan axan Dönerə, ilk yardım müdaxiləsi ediblər.
Bir müddət yerdə təcili yardım gözləyən Dönər, gələn təcili yardım tərəfindən xəstəxanaya yerləşdirilib. Müalicə altına alınan qadının kəlləsində çökmə olduğu və şüur itkisi yaşadığı öyrənilib.
Qeyd edək ki, faktla bağlı araşdırma işləri başlanıb, adı hələ açıqlanmayan avtobus sürücüsü isə saxlanılıb.