Avtomobil 7-ci sinif şagirdini vurdu

media-hightechnic-468x90

bhnhjnhGəncə şəhərində məktəblinin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə şəhərin Adil Ziyadxanov küçəsində qeydə alınıb. Şəhər sakini Nicat Məhərrəmov “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən piyada – 29 nömrəli orta məktəbin 7-ci sinif şagirdi Səbinə İsgəndərovanı vurub.

Məktəbli müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600