Avtomobil ağaca çırpıldı – 2 nəfər ağır yaralandı

media-hightechnic-468x90

masin_aqaca38Xaçmaz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Xaçmaz rayon sakini, 25 yaşlı Elvin Nöhbala oğlu Şıxıyev “Volkswagen-Passat” markalı, 90 NT 637 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarındakı ağaca çırpılıb. Deformasiyaya uğrayan avtomobildə sürücü və onun sərnişini Xaçmaz rayon sakini Turanə Hacıəhməd qızı Heybətova ağır bədən xəsarətləri alıblar. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və vəziyyətləri ağır olaraq qalır.

Hadisə yerinə Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları baxış keçirib.

Faktla bağlı araşdırmalara başlanılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600