Avtomobil anasının gözü qarşısında uşağı sürüdü-Video

66111Yenicag.az xəbər verir ki, Türkiyədə qandonduran hadisə baş verib.

Beləki, məktəbə getmək üçün səhər evdən çıxan ana və azyaşlı oğlu faciəylə üzləşiblər.

Birinci sinif şagirdi avtobusa minmək üçün yolu keçəndə mağazaya ərzaq daşıyan maşın uşağı vuraraq bir neçə metr sürüyüb.

Azyaşlı dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.