Avtomobil bazarında 2026 proqnozu: Hansı maşınlar ucuzlaşacaq? - VİDEO

media-hightechnic-468x90

“2026-cı ildə avtomobil bazarında kəskin qiymət artımı gözlənilmir. Hibrid avtomobillərlə bağlı müşahidə olunan qiymət dəyişiklikləri isə bahalaşma deyil, əvvəlki  vergi güzəşti olmayan qiymətlərə qayıdış kimi dəyərləndirilməlidir.”

Bunu Yenicag.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.

media-msh

Onun sözlərinə görə, indiyə qədər hibrid avtomobillər əlavə dəyər vergisindən (ƏDV) azad olduğu üçün daha ucuz və əlçatan idi:

“Hibrid avtomobillərin qiymətlərinin artmasından deyil, daha çox əvvəlki səviyyəyə qayıtmasından danışmaq olar. Çünki bu avtomobillərin qiymətləri ƏDV tutulmadığı üçün dövlət tərəfindən endirilmişdi. Yanvarın 1-dən əlavə dəyər vergisinin tətbiqi isə qiymətlərin dəyişməsinə səbəb olub”.

Ekspert bildirib ki, ƏDV güzəştinin bitməsi hibrid avtomobillərə marağı azaltmayacaq. Əksinə, bu nəqliyyat vasitələri ölkədə hələ də populyardır:

“Ötən il idxal olunan avtomobillərin təxminən 40 faizini hibridlər təşkil edib. Bu maraq olduğu kimi qalacaq və hibridlər yenə də alıcıların diqqətini cəlb edəcək”.

Elektromobillərlə bağlı isə vəziyyət fərqlidir. Eldəniz Cəfərov qeyd edib ki, elektromobillərə maraq olsa da, bazarda geniş tələb formalaşmayıb:

“Elektromobillərə maraq böyük idi, amma populyar deyildi. Ona görə də bu sahədə artım yox, əksinə, azalma gözlənilir”.

Ekspertin sözlərinə görə, 2026-cı ildə avtomobil bazarında yalnız müəyyən kateqoriyalar üzrə qiymət dəyişiklikləri mümkündür. Belə ki, yaşı 7 ilə qədər olan, xüsusilə 2019–2025-ci il istehsalı avtomobillərə tələbin artacağı gözlənilir:

“Bu ildən etibarən yaşı 7 ildən çox olan benzin və dizel mühərrikli avtomobillərin idxalında aksiz dərəcələri artırılır. Bu da həmin avtomobilləri cəlbedici etmir. Nəticədə 7 ilə qədər olan maşınların qiyməti təxminən 5–10 faiz arta bilər”.

Bununla yanaşı, mühərrik həcmi 3000 kub santimetrdən yuxarı olan köhnə benzin və dizel avtomobillərinin qiymətində isə 5–10 faiz ucuzlaşma baş verə bilər.

Eldəniz Cəfərov vurğulayıb ki, avtomobil bazarında kəskin qiymət dəyişiklikləri yalnız manatın devalvasiyası halında mümkündür:

“Manatda kəskin enmə və ya yüksəlmə olarsa, bu zaman qiymətlər dəyişə bilər. Əks halda Azərbaycan avtomobil bazarında kəskin qiymət artımı gözlənilmir”.

Ətraflı videomaterialda:

Samir Məcid

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa