!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avtomobil bazarında hökm sürən ÖZBAŞINALIQ: “Alverçilər istədikləri kimi at oynadırlar”

!Reklam – Yazi

“Yaz aylarında avtomobil bazarında “ikinci əl” maşınların qiyməti bahalaşacaq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkənin avtomobil bazarında “ikinci əl” maşınların satışı ilə bağlı mövcud vəziyyəti şərh edən yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyib.

Ekspertin sözlərinə görə, mövcud şəraitdə avtomobil bazarında hökm sürən özbaşınalıq vətəndaşların aldadılaraq, maddi zərərlə üzləşmələrinə səbəb olur:

“Son illər “ikinci əl” avtomobillərə tələbat yüksəlib. Bu tələbatdan istifadə edən dəllallar xarici ölkələrdən ucuz qiymətə vurulmuş, əzilmiş maşınları alaraq, təmir etdirir və vətəndaşlara baha qiymətə satırlar.

Həmin dəllallar avtomobil bazarında qiymətləri öz maraqlarına uyğun şəkildə müəyyən etməklə, bazarda at oynadırlar. Ona görə də, avtomobil bazarına dövlət nəzarətinin artırılmasına ehtiyac var.

Eyni zamanda, ölkəyə gətirilən avtomobillərin böyük hissəsi Gürcüstandan idxal olunur və bu, arzuolunan hal deyil. Azərbaycana gətirilən avtomobillərin birbaşa istehsal olunduğu ölkələrdən alınması daha məqsədəuyğundur. Bununla yanaşı, gömrük rüsumlarının azaldılması da avtomobil bazarında qiymətlərə təsir göstərə bilər”.

Gülşən Şərif

COP29

www.yenicag.az

1238
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv