Avtomobil kanala düşdü

media-hightechnic-468x90

77659Bu gün axşam saatlarında Samur-Abşeron kanalının Quba rayonun Barlı kəndi ərazisindən keçən hissəsində minik maşını kanala düşüb.

Xəbərə görə, Xaçmaz rayonunun Palçıq-oba kənd sakini Pirəmməd Şükürovun idarə etdiyi 27 BK 925 dövlət nömrə nişanlı “VAZ 2106” markalı avtomaşın kanala düşüb. Hadisə zamanı maşında sürücü ilə bərabər onun oğlu da olub. Kənd sakinlərinin köməkliyi ilə hər iki şəxs xilas edilib.

Sürücünün sözlərinə görə, Qubadan Xaçmaz istiqamətində hərəkətdə olarkən avtomobilin qarşısına at çıxıb və maneədən yayınmaq istədiyi zamanı idarəetməni itirərək kanala düşüb.

Faktla bağlı araşdırma aparılır. (apa.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600