Sahibini barmaq izindən tanıyan avtomobil
İsveçrənin dizayn və mühəndislik firması tərəfindən hazırlanan avtomobil xüsusiyyətlərilə görənləri heyran edir.
Yenicag.az xəbər verir ki, gələcəyin avtomobili olaraq təqdim olunan “Rinspeed” adlı maşın “BMW i3″ün elektro sistem funksiyasını özündə ehtiva edir.
Sürücüsüz idarə olunan sistemlə təchiz olunan avtomobil qısa zamanda xarici mətbuatın marağına səbəb olub. Ən son texnologiyalardan istifadə edilərək ərsəyə gətirilən bu avtomobildə ağıllı telefon və saat sistemi ilə nəzarət kimi xidmətlər var.
Avtomobilin qapıları sizin barmağınızı tanıya bilir. Sistemə əvvəldən yazılmış barmaq izi ilə nəqliyyat vasitəsinin qapıları avtomatik açılır.
Avtomobilin teleskopik kamerası sürücüsüz idarəetməni həyata keçirir. Avtomobil əvvəlcədən xəritə məlumatlarını sistemə daxil etməklə yolunuza çıxacaq ən kiçik maneələri də müəyyən edir. Bu testi kiçik bir daş parçası ilə sınayan firma yaxşı nəticə əldə edib.
Həmçinin, avtomobilə əlavə edilən yeni bir funksiya vasitəsilə nəqliyyat vasitəsinin sizi izləməsini təmin etmək mümkündür. Avtomobilin sükanını soldan sağa keçirdikdə sürücünün yanındakı sərnişin maşını idarə edə biləcək.