Avtomobildə kanala düşən hərbçinin axtarışı davam etdirilir - VİDEO

media-hightechnic-468x90

Ötən gün Baş Mil-Muğan kollektorunun Beyləqan rayonu, Birinci Şahsevən kəndinin ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində batdığı ehtimal olunan 1988-ci il təvəllüdlü Ağayev Sahil Təbriz oğlunun axtarışları davam etdirilir.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, axtarışlar Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilir.

Axtarış-xilasetmə əməliyyatı barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Sahil Ağayev hərbçidir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600