Avtomobillə polisin ayağını əzdi

media-hightechnic-468x90
lkBakıda qadın sürücü yol polisinə xəsarət yetirib.
Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsindən  verilən məlumata görə, hadisə ötən gecə Neftçilər prospekti 133 ünvanında qeydə alınıb.

Bakı şəhər sakini Şəhla Məmmədhüseyn qızı Vəliyeva idarə etdiyi “Nissan” markalı, 99 CH 826 dövlət nömrə nişanlı maşınla ərazidə xidmət aparan, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis baş serjantı, 1985-ci il təvəllüdlü Rəşad Mikayıl oğlu Məmmədovun ayağının üstündən keçib.

Qadın sürücü hadisəni törədəndən sonra ərazidən uzaqlaşıb. Xəsarət alan polis əməkdaşı isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır(apa).

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa