!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avtomobillərin icbari sığorta qiymətlərində ARTIM: “Hər kəs tərəfindən birmənalı qarşılanmayacaq”

!Reklam – Yazi

“Avtomobillərin icbari sığorta qiymətlərində artım həm vətəndaşlara, həm də sığorta şirkətlərinə xeyir gətirməsinə, eləcə də dəymiş zərərin ödənməsinə hesablanmış addımdır”.

Bu sözləri avtomobillərin icbari sığorta qiymətlərində artım məsələsini şərh edərkən nəqliyyat eksperti Aslan Əsədov Yenicag.az-a açıqlamasında deyib.


O, icbari sığorta qiymətlərindəki artımın hər kəs tərəfindən birmənalı qarşılanmayacağını bildirib:

“Gündəlik istifadə edilən şəxsi avtomobilərin, eləcə də taksi fəaliyyəti ilə məşğul olanların sayının çoxalması qəzaları qaçılmaz edir. Bu kimi amillər, sözsüz ki, sığortalara da təsirsiz ötüşmür. Avtomobillərin icbari sığorta qiymətlərində artım həm vətəndaşlara, həm də sığorta şirkətlərinə xeyir gətirməsinə, eləcə də dəymiş zərərin ödənməsinə hesablanmış addımdır. Amma icbari sığorta qiymətlərinin artımı keyfiyyətə təsir etməyəcək. Keyfiyyətə təsir yalnız avtomobilin ehtiyat hissələrinə aid edilə bilər. Əgər sahibkarlar tərəfindən ölkəyə gətirilən avtomobilin ehtiyat hissələri keyfiyyətsiz olacaqsa, ona sığorta nə etsin? Yəni keyfiyyət məsələsi sığortadan deyil, sahibkarların özlərindən asılıdır.

Digər tərəfdən qiymətlərin artması, təbii ki, hamı üçün eyni deyil və hər kəs tərəfindən də müsbət qarşılanmır. Çünki əvvəl nəqliyyat vasitəsini sığortalamaq asan başa gəlirdi. İndi isə kateqoriyalara, avtomobillərin ilinə və digər məsələlərə görə proses bir qədər çətinləşib.

Düşünmürəm ki, avtomobillərin icbari sığorta qiymətlərində olan artıma görə sığortadan yayınma halları qeydə alınsın. Çünki indi videokameralar vasitəsilə yayınmalar qeyri-mümkündür. Əlbəttə, icbari sığortadan yayınma halları olduğu təqdirdə həmin sürücü cərimələnəcək”.

Sadiq Cavadov

www.yenicag.az

259
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv