Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

AY Partiya Başqanı KKTC-nin Bakı nümayəndəsi ilə görüşdü - FOTOLAR

Reklam: High Technic

Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli bu gün Şimali Kipr Türk Respublikasının (KKTC) Bakıdakı nümayəndəsi Mustafa Kamal Bəyazbayramla görüşüb.

Yenicag.az xəbər verir ki, görüşdə AY Partiya Başqanının müavini Gülşən Hacıyeva və Gənclər Təşkilatının üzvü Ruhəngiz Cəfər iştirak ediblər.

Anar Əsədli yeni fəaliyyətə başlayan Mustafa Kamal Bəyazbayramı təyinatı ilə əlaqədar təbrik edib, fəaliyyətində uğurlar diləyib. O, AY Partiya haqqında məlumat verərək, iki ölkənin münasibətlərinin inkişaf etdirilməsi istiqamətində siyasi partiyaların üzərinə düşən vəzifələrdən danışıb.

AY Partiya Başqanı bildirib ki, xüsusilə dövlətlərin xarici siyasətlərində partiyaların rolu önəmlidir. Dost və qardaş ölkələrin siyasi partiyaları ortaq məsələlərdə birgə hərəkət etməli, problemləri gündəmə gətirməlidir. Belə olan halda daha böyük nəticələr əldə etmək mümkündür.

Anar Əsədli KKTC-nin tanınması istiqamətində də siyasi partiyaların addım atmalı olduğunun vacibliyini vurğulayıb. Mustafa Kamal Bəyazbayram fəaliyyyətə yeni başladığını, ilk görüşünü Türkiyənin Azərbaycadakı səfiri Cahit Bağcı ilə keçirdiyini bildirib. O, ikinci qəbulunun AY Partiya olduğunu diqqətə çatdırıb. Anar Əsədli KKTC nümayəndəsinə Azərbaycan bayrağı və “Xarı bülbül” nişanı təqdim edib.

www.yenicag.az

233
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100