Ayda torpaq sürüşmələri qeydə alındı: Görün hansı səbəbdən baş verir

media-hightechnic-468x90

Çinli astronomlar Ay səthinin altında baş verən geoloji aktivlik nəticəsində torpaq sürüşmələri aşkarlayıblar.

Yenicag.az xəbər verir ki, Çindən bir sıra universitetlərinin alimləri bildirirlər ki, bu kəşf gələcək Ay missiyaları üçün eniş nöqtələrinin seçilməsində və Ayda baza qurmaq planlarında mühüm rol oynaya bilər.

2009-cu ildən bəri Ayda 41 yeni torpaq sürüşməsi qeydə alınıb. Hər biri təxminən 1 km uzunluğunda və 100 metr enində olan bu sürüşmələr Yer üzündəki analoqlarından kiçik olsa da, Ayın quru strukturu səbəbindən daha təhlükəli ola bilər. Alimlər Ayda su olmadığı üçün sarsıntıların saatlarla davam edə biləcəyini vurğulayırlar.

Hazırda Çin və Rusiya Ayın cənub qütbündə tədqiqat stansiyası qurmaq üçün əməkdaşlıq edir. ABŞ isə NASA-nın “Artemis” proqramı çərçivəsində Avropa Kosmik Agentliyi ilə birlikdə Ayda daimi yaşayış məntəqəsi yaratmağı planlaşdırır.

Ayda bol miqdarda hidrogen və nadir torpaq elementlərinin olması onu gələcək kosmik missiyalar üçün strateji platformaya çevirir. NASA Ayı “Günəş sisteminə açılan qapı” adlandıraraq burada uzunmüddətli varlıq qurmaqla həm elmi, həm də iqtisadi üstünlüklər əldə etməyi hədəfləyir.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa