6 kəndi birləşdirən yolda torpaq sürüşməsi genişlənib - FOTO

media-hightechnic-468x90

Lənkəranın 6 kəndini birləşdirən Hikan–Daşdatük–Biləsər avtomobil yolunda torpaq sürüşməsi davam edir.

Yenicag.az APA-nın cənub bürosunun verdiyi xəbərə istinadən bildirir ki, sürüşmə zonası daha da genişlənib. Yolda iri çatlar və çökmələr yaranıb. Ərazidəki iri gövdəli ağaclardan biri də kökündən qoparaq aşıb. Hazırda yolun hər iki hərəkət istiqaməti yararsız vəziyyətə düşdüyündən sürücülər həmin hissədən çətinliklə keçirlər.

Sakinlər bildiriblər ki, bu yol 6 kəndin əsas nəqliyyat bağlantısıdır və alternativ yol yoxdur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, ərazidə vəziyyət nəzarətdə saxlanılır. Yaxın vaxtlarda geoloji-kəşfiyyat işləri aparıldıqdan sonra bərpa tədbirləri ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim olunacaq.

media-69e9b718bd33b69e9b718bd33c177692444069e9b718bd33969e9b718bd33a media-69e9b7186609d69e9b7186609e177692444069e9b7186609b69e9b7186609c

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05