NASA Aya eniş missiyasını ləğv etdi

media-hightechnic-468x90

2027-ci il üçün planlaşdırılan “Artemis 3” missiyası artıq astronavtların Ay səthinə enməsini nəzərdə tutmur.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə NASA rəhbəri Cared Ayzekman Ay proqramının yenilənməsinə həsr olunmuş brifinq zamanı bildirib.

“Artemis 3″ün 2027-ci ildə buraxılması hədəflənəcək və bu artıq Aya eniş missiyası olmayacaq. Bunun əvəzinə, missiya “Orion” gəmisinin alçaq Yerətrafı orbitdə nümayişi olacaq və Ayın eniş modullarının tədarükçülərindən biri və ya hər ikisi ilə görüş sınaqdan keçiriləcək”, – deyə Ayzekman məlumat verib.

Onun sözlərinə görə, əgər bu plan yaxşı şəkildə həyata keçərsə, bu, 2028-ci ilin əvvəlində “Artemis 4” və 2028-ci ilin sonunda “Artemis 5” missiyaları çərçivəsində Aya eniş üçün imkanlar yaradacaq.

Xatırladaq ki, 2019-cu ilin yazında NASA üç mərhələdən ibarət “Artemis” Ay proqramını elan etmişdi. Bunlardan birincisi “Orion” gəmisinin Ay ətrafında pilotsuz uçuşunu və Yerə qayıtmasını nəzərdə tuturdu. Bu uçuş 16 noyabr – 11 dekabr 2022-ci il tarixlərində baş tutub. İkinci mərhələ gəminin heyətlə birlikdə Yerin təbii peyki ətrafında dövr etməsini nəzərdə tuturdu. Üçüncü mərhələdə isə astronavtların Aya enişini həyata keçirməyi planlaşdırılırdı.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05