“Aydar”ın qisası alındı

media-hightechnic-468x90

huh7y678Luqansk vilayətinin Metallist qəsəbəsində baş verən döyüşdə “Luqansk respublikası”nın terrorçuları ciddi itkilər verib.

Döyüş zamanı terrorçuların “Zarya” batalyonunun 100 üzvü məhv edilib.

“Radiodalğalardan əldə olunan məlumata görə, batalyonda cəmi 26 döyüşçü qalıb. Metallistin küçələri qanla doludur”, – deyə məlumatda bildirilib.

Luqansk şəhər administrasiyasının binasına separatçılara məxsus onlarla meyitin aparıldığı da məlumatda qeyd olunub.

Qeyd edək ki, dünən Ukraynanın könüllü “Aydar” batalyonu separatçıların mühasirəsinə düşərək ciddi itkilər vermişdi. Separatçılar batalyondan 100 nəfərin öldürüldüyünü bildirmişdilər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600