Aydın Əliyev vətəndaşlarla görüşdü

media-hightechnic-468x90

51252Dövlət Gömrük Komi­tə­­sinin sədri, gömrük xidməti general-ley­tenantı Aydın Əliyev Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzində Salyan, Bilə­su­var, Neftçala və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edib.

Yenicag.az anspress-ə istinadən bildirir ki, qəbula gələn vətəndaşların müraciətlə­rinin əksəriyyəti işə qəbul, gömrük keçid məntəqələrinin vəziyyəti, malların idxal və ixracı və bununla əlaqədar sənədləşmə qay­daları ilə bağlı olub.

Səyyar qəbul zamanı DGK sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinlə­yib və qaldırılan məsələlərin qanunveri­cili­yə uyğun həlli barədə müvafiq struk­tur­ların rəhbərlərinə tapşırıqlarını verib.

Vətəndaşların qəbul zamanı qaldırdıq­ları məsələlərin bir qismi yerindəcə həll olunub. DGK-nın səlahiyyətlərinə aid ol­mayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qey­diyyata alınıb və nəzarətə götürülüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600