Aydın Mirzəzadədən həbslərlə bağlı açıqlama

media-hightechnic-468x90

46029Milli Məclisin deputatı Aydın Mirzəzadə Azərbaycanda son günlər maliyyə fırıldağı ittihamı ilə bir qrup iş adamının həbsi barədə açıqlama verib.

Millət vəkili anspress-ə bildirib ki, bu prosesin baş tutmasında hüquq-mühafizə orqanlarının müəyyən əsası var. Şübhəsiz ki, onlar bu məsələ ilə bağlı açıqlama verəcəklər və cəmiyyət məsələnin mahiyyəti ilə bağlı daha dərin məlumatlara malik olacaq.

Deputat deyib: “Bu, bir daha onu göstərir ki, hər kəs qanun qarşısında bərabərdir. Azərbaycan demokratik ölkədir, azad sahibkarlığa geniş şərait yardılıb, dünya üçün açıq cəmiyyətdir. Ancaq, bununla belə, hər bir fəaliyyət mütləq qanun çərçivəsində, qanunun müəyyən etdiyi məsuliyyət çərçivəsində olmalıdır. Əgər onu pozmaq meylləri varsa, yaxud, bu məqsədli surətdə edilirsə, gec-tez qanun qarşısında cavab veriləcək.”

Onun sözlərinə görə, dövlət üzərinə düşən vəzifəni yerinə yetirir, qanunu pozmuş şəxslər, həmçinin bunun əlamətləri görünən məsələlərlə bağlı araşdırma aparır.

A.Mirzəzadə vurğulayıb ki, bu məsələ ilə bağlı ən doğrusu hüquq-mühafizə orqanlarının açıqlamasını gözləməkdir.

Xatırladaq ki, bir neçə gündür Azərbaycanda maliyyə fırıldağı ittihamı ilə bir qrup iş adamlarının həbsi ilə bağlı məlumatlar yayılıb. Onlar korrupsiyada, maliyyə fırıldaqlarında, dövlətə məxsus vəsaitləri mənimsəməkdə ittiham olunurlar. Həbs olunanlardan “Khazar İsland”ın rəhbəri Hacı İbrahim Nehrəmlinin, neft oliqarxı Nizami Piriyevin, Bayraq Meydanının bir neçə gün əvvəl işdən qovulan rəhbəri Rəşad Məmmədovun və sabiq deputat Dünyamin Xəlilovun adları açıqlanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600