Aygün Bəylər ən böyük QORXUSUNU açıqladı

“Həmişə qorxmuşam ki, övladım o yaşda tək qalmasın”.

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış müğənni, Əməkdar artist Aygün Bəylər açıqlamasında deyib.

Bir müddətdir ki, ağır xəstəliklə mübarizə aparan müğənni yeganə övladı olan qızından və həyatda verdiyi qurbanlardan danışıb:

“Qızımın 13 yaşı var. Mən tək olmuşam. Həmişə qorxmuşam ki, övladım o yaşda tək qalmasın. Sonrakı peşmançılıq fayda verməz deyiblər, buna görə heç nəyə peşman deyiləm. Amma həyatda gözəl hissləri, gözəllikləri, yaşımı, cavanlığımı, sağlamlığımı sənətə qurban verdim. Çünki mən musiqi üçün doğulmuşam və Allah belə buyurub ki, onsuz da qurban verməliyəm. İncəsənət qurban tələb edir”.

Sənətçi jurnalistlərdən də üzr istəyib:

“Səhhətimlə əlaqədar bir müddətdir ki, efirlərə çıxa bilmirəm, jurnalistlərə cavab vermirəm. Hamısı məndən inciyir. Jurnalistlərə təşəkkür edirəm ki, mənimlə maraqlanırlar. Hamısından üzr  istəyirəm. Sağalım, hamısı ilə danışacam, suallarına cavab verəcəm”.

Qeyd edək ki, müğənni bu fiikrləri “Həmin Zaur” verilişində bildirib.

Cəvahir