BMT Perudakı qarşıdurmalara reaksiya verdi
BMT-nin İnsan Hüquqları Şurası Peruda baş verən qarşıdurmalarda polis tərəfindən göstərilən şiddətə münasibət bildirib.
Yenicag.az xəbər verir ki, Peruda çərşənbə günü ölkə miqyasında keçirilən etirazlar zamanı polis tərəfindən zəruri və proporsional olmayan güc tətbiqi bir nəfərin ölümünə və onlarla insanın yaralanmasına səbəb olub.
Peru hamimiyyəti sözügedın məlumatların şəffaf şəkildə araşdırılmasına dair öhdəlik verib.
BMT-nin İnsan Hüquqları Şurası isə hakimiyyətin bu addımşnı alqışlayıb.
“Onları bu araşdırmaların operativ, müstəqil və effektiv şəkildə aparılmasını təmin etməyə çağırırıq.
Dövlət insanların ifadə azadlığı və dinc toplaşmaq hüququnu tam və təhlükəsiz şəkildə həyata keçirə biləcəyi mühitin təmin edilməsinə cavabdehdir. Dialoqa üstünlük verilməli, güc tətbiqi isə yalnız istisna hallarda və beynəlxalq insan hüquqları standartlarına uyğun şəkildə həyata keçirilməlidir”, – təşkilat vurğulayıb.