AYNA-dan Laçın kanat yolu ilə bağlı açıqlama
Laçın kanat yolu şəhərin Bulvar ərazisində yerləşəcək və iki hissədən ibarət olacaq.
Yenicag.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında AYNA-nın mətbuat katibi Tural Orucov deyib.
O qeyd edib ki, kanat yolunun hündürlüyü 300 metr, xəttinin uzunluğu isə 1720 metr olacaq, hərəkət müddəti 6 dəqiqə təşkil edəcək:
“Ümumilikdə 17 kabinədən ibarət kanat yolu saatda 800 sərnişinə xidmət edə biləcək. Hər kabin 10 nəfərlikdir. 8 kabin standart olaraq nəzərdə tutulub. Eyni zamanda 6 kabində velosipedlər, 3 kabində isə əlil arabaları üçün xüsusi yerlər olacaq. Kanat yolunda 8 dayanacaq mövcuddur, 3-ü terçonallar qarşısında, 5-i isə atalıq dayanacaqlardır. Kanat yolunun yerləşdiyi, uzunluğu 2 kilometrə yaxın olan Bulvar ərazisi bu gün həm yerli sakinlərin, həm də turistlərin sevimli məkanlarından biridir”.