Aysun canlı yayımda ATASINA SƏSLƏNDİ: “Yalandan artistlik etmə!”
“Ola bilər bioloji atamdır, amma mənim üzərimdə heç bir haqqı yoxdur”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Aysun İsmayılova “Tarixin bir günü” verilişində atası barədə danışarkən deyib.
Sənətçi canlı yayımda atasının ünvanına sərt ifadələr ünvanlayıb:
“Yalandan artistlik etmək lazım deyil ki, guya infarkt və ya insult keçirmisən. Mənə görə keçirməmisən. O günahı mənim çiynimə qoymağa ehtiyac yoxdur. Deyirsən ki, guya səninlə reklam qazanıram. Sən ulduzsan? Niyə səninlə reklam qazanım axı? Mənim hər efirdən sonra iş telefonlarım zənglərdən ‘dağılır’. Boğaza yığılmışam bu söhbətdən. Bu günə qədər məni axtarmayan adama görə gözyaşı tökmərəm. O, buna layiq deyil.
Bəli, ola bilər bioloji atamdır, amma mənim üzərimdə heç bir haqqı yoxdur. Heç vaxt xahiş etməmişəm ki, məni dünyaya gətir. Ona qarşı bir qız övladı kimi heç bir hissim yoxdur”.
Nehru












