Azad edilmiş ərazilərdə daha 609 mina aşkarlandı

media-hightechnic-468x90

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə daha 609 mina aşkarlanıb.

ANAMA-dan Yenicag.az-a verilən məlumata görə, martın 13-dən 25-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 209, tank əleyhinə 400 mina və 469 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 1126 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600