Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı AÇIQLANDI

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan Yenicag.az-a verilən məlumata görə, aprelin 1-dən 30-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 364, tank əleyhinə 148 mina və 1098 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 2 847 807 m² hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Məlumata görə, ötən ilin noyabrın 10-dan aprelin 30-dək piyada əleyhinə 7 086, tank əleyhinə 3 574 mina və 7 943 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ümumilikdə 20 280 727 m² hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Loading...

www.yenicag.az

149
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100